“Taliban” liderlərindən biri öldürülüb

© Sputnik / Евгений Пахомов / Mediabanka keçidРадикальные исламисты. Архивное фото
Радикальные исламисты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Farah əyalətində təhlükəsizlik qüvvələri ilə atışma zamanı “Taliban” hərəkatının liderlərindən biri və 10 silahlı öldürülüb.

BAKI, 12 yan — Sputnik. Əfqanıstanın Farah əyalətində təhlükəsizlik qüvvələri ilə atışma zamanı “Taliban” hərəkatının liderlərindən biri və 10 silahlı öldürülüb.

Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərəkatın Molla Bismillah adlı liderlərindən biri və daha 10 silahlı  bir saatdan çox davam edən atışma zamanı öldürülüb.    

Məlumata görə, silahlılar təhlükəsizlik qüvvələrinə qarşı pusqu qurub, lakin hərbçilər hücumu dəf etməyə müvəffəq olublar. Döyüş zamanı daha 10 silahlı yaralanıb, onlara məxsus dörd nəqliyyat vasitəsi sıradan çıxarılıb, təhlükəsizlik qüvvələrinin bir əməkdaşı yaralanıb.  

Xəbər lenti
0