Obamadan Ərdoğana sürpriz dəvət

© AFP 2023 / FATIH AKTAS / POOLTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
İslam Mədəniyyət Mərkəzi 60 hektar ərazidə, Osmanlı arxitekturasını əks etdirən üslubda inşa edilib.

BAKI, 25 dek — Sputnik. ABŞ-da yerləşən, dünyanın ən böyük İslam Mədəniyyət Mərkəzində təmir tamamlama işləri gedir. Mərkəzin açılışını ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Bunun üçün Ərdoğana xüsusi dəvət məktubu da göndərilib.

İslam dinini və estetikasını amerikalılara ən doğru şəkildə tanıtmağı hədəfləyən və dünyanın ən böyük mərkəzi olma xüsusiyyətini daşıyan İslam Mədəniyyət mərkəzi paytaxt Vaşinqton yaxınlığındakı Merilənd (Maryland) əyalətində yerləşir.

2011-ci ilin sentyabr ayında inşasına başlanan mərkəzdə, 700 nəfər həcmli məscid, əlavə olaraq mədrəsə, məktəb, hamam, kitabxana da fəaliyyət göstərəcək. İslam Mədəniyyət Mərkəzi 60 hektar ərazidə, Osmanlı arxitekturasını əks etdirən üslubda inşa edilib.

Xəbər lenti
0