Gürcüstanın yeni baş nazirinin adı məlum oldu

© georgianpress.ruGeorgi Kvirikaşvili. Arxiv şəkli
Georgi Kvirikaşvili. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın İllinoys universitetinin magistri Gürcüstan hökumətinə başçılıq edə bilər.

BAKI, 25 dek — Sputnik. Gürcüstan parlamentinin əksəriyyətinin təklifi ilə Georgi Kvirikaşvilinin namizədliyi prezidentə təqdim edilib. Prezident namizədi təsdiq etdikdən sonra o hökumətin yeni tərkibini və yeni proqramını parlamrentə təqdim etməlidir. 

Dekabrın 23-də İrakli Qaribaşvili gözlənilmədən Gürcüstanın baş naziri postundan istefa verdiyini açıqlayıb. Georgi Kvirikaşvili Qaribaşvilinin kabinetində baş nazirin müavini və xarici işlər naziri vəzifələrini tuturdu.

Kvirikaşvili İllinoys universitetinin maliyyə magistri dərəcəsinə malikdir. O 2012-ci ildən etibarən Gürcüstan hökumətində müxtəlif vəzifələr tutur.

Xəbər lenti
0