02:45 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
ABŞ polisi

ABŞ-da silahlı atışmada 14 nəfər dünyasını dəyişdi

© AFP 2019 / Brendan Smialowski
DÜNYA
Qısa URL
17 0 0

Silahlı insident, əqli zəif olan insanlara yardım göstərən "Inland" regional mərkəzində olub.

BAKI, 3 dek — Sputnik. Amerika Birləşmiş Ştatlarında 14 nəfərin ölümü ilə nəticələnən silahlı insident yaşanıb. Hadisə Kaliforniya ştatının San Bernardino şəhərində baş verib. Məlumata görə, 17 nəfər də yaralı halda xəstəxanaya yerləşdirilib.

Silahlı insident, əqli zəif olan insanlara yardım göstərən "Inland" regional mərkəzində olub.

Polis şefinin dediyinə görə, cinayətkarlardan biri zərərsizləşdirilib, digəri yaralanıb. Hadisəni törədən üçüncü şəxsin isə qaçdığı və hələ də azadlıqda olduğu bildirilib.

Teqlər:
polis, Inland, San Bernardino, Kaliforniya, Amerika Birləşmiş Ştatları

Əsas mövzular