16:14 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Türkmənlər

Türkmənlərdən Əsədə ağır zərbə

© piar.az
DÜNYA
Qısa URL
106420

Bəşər Əsəd ordusuna İrandan gələn hərbçilərin də dəstək verdiyi açıqlanıb.

BAKI, 27 noy – Sputnik. Bəşşar Əsəd rejimi ilə döyüşən türkmən özünümüdafiə dəstələri Bayırbucak bölgəsində yerləşən Kızıldağ təpəsini rejimdən geri alıb.

Bu barədə yerli mənbələr xəbər yayıblar.

Məlumata görə, şiddətli atışmalar səhər saat 04:00-dən başlayıb. 2 saat davam edən kəskin döyüşlərdən sonra saat 06.00-da türkmənlər Kızıldağa nəzarəti ələ keçiriblər. Bəşər Əsəd rejiminə aid iki tank da ələ keçirilib.

Rejim ordusuna Suriyanın Lazkiye dəniz limanındakı Rus hərbi gəmilərindən açılan atəşlərlə dəstək verilir. Atışma səsləri Türkiyənin Hatay şəhərinin mərkəzindən də eşidilir.

Bəşər Əsəd ordusuna İrandan gələn hərbçilərin də dəstək verdiyi açıqlanıb.

Əsas mövzular