06:30 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
242 0 0

ABŞ prezidenti: Əsəd hakimiyyətdə qaldığı müddətdə hər hansı siyasi nizamlanma mümkün deyil.

BAKI, 19 noy —Sputnik. Bəşər Əsəd hakimiyyətdən getməyincə, İŞİD-i tam məhv etmək mümkün olmayacaq.

Sputnik Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

"Suriyada siyasi nizamlanma olmayınca, terrora qalib gəlmək mümkün olmayacaq. Əsəd hakimiyyətdə qaldığı müddətdə isə hər hansı siyasi nizamlanma mümkün deyil" — deyə Obama bildirib.

Suriya prezidenti Bəşər Əsəd İtaliya mətbuatına müsahibəsində terrorçulara qalib gəldikdən iki il sonra istefaya gedə biləcəyini açıqlayıb. O deyib ki, terrorçuların əksər rayonlara nəzarət etdiyi müddətdə siyasi nöqteyi-nəzərdən nəticələr əldə etmək mümkün deyil.

Teqlər:
bəyanat, Ağ ev, ABŞ prezidenti, İtaliya, İŞİD, Bəşər Əsəd, Barack Obama, Suriya

Əsas mövzular