SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT: Müsəlmanlara qarşı ayrı-seçkilik narahatlıq doğurur

© Sputnik / Sergey Guneev / Mediabanka keçidThe United Nations Headquarters in New York
The United Nations Headquarters in New York - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, 2008-ci ildən bugünədək dünyada vətəndaş müharibələrinin sayı üç dəfə artıb. Bu müharibələrin qurbanları isə daha çox mülki şəxslərdir.

BAKI, 18 noy – Sputnik. BMT-nin baş katibi Ban Ki Mun, müsəlmanlara qarşı getdikcə artan ayrı-seçkiliklə bağlı narahat olduğunu bildirib. Bu barədə Baş katib, BMT Təhlükəsizlik Şurasının iclasında deyib. 

Ban Ki Mun Paris, Beyrut və Bağdadda baş verən son terror hücumlarını da qınayıb. 

Baş katib, Təhlükəsizlik Şurasına münaqişələrin qarşısının alınması haqqında hesabat təqdim edərək Suriyada vətəndaş müharibəsinin artıq 5 ildir davam etdiyini xatırladıb. 

“İraq, Liviya, Nigeriya, Cənubi Sudan, Ukrayna, Suriya və Yəməndə münaqişələr və qanunsuzluq adi hala çevrilib” deyə Mun qeyd edib.

BMT-nin hesabatına görə, 2008-ci ildən bugünədək dünyada vətəndaş müharibələrinin sayı üç dəfə artıb. Bu müharibələrin qurbanları isə daha çox mülki şəxslərdir.

Xəbər lenti
0