Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Parisdə keçirilən xüsusi əməliyyat zamanı 2 terrorçu öldürülüb

Antiterror əməliyyatı
Antiterror əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər Parisdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 13 noyabrda törədilmiş terror aktlarına bağlılığı olduğu bildirilən 2 nəfər zərərsizləşdirilib.

BAKI, 18 noy — Sputnik. Bu gün səhər Parisdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 13 noyabrda törədilmiş terror aktlarına bağlılığı olduğu bildirilən 2 nəfər zərərsizləşdirilib.

APA-nın “Le Monde”a istinadən verdiyi məlumata görə, əməliyyat Paris ətrafındakı Sen-Denidə, “Stade de France” stadionunun yaxınlığında keçirilib. Əməliyyat zamanı 2 terrorçu öldürülüb. Daha 3 nəfərin sağ yaxalandığı xəbər verilir. Bir neçə polis yaralanıb.

Əməliyyat keçirilən ərazi ətrafdan təcrid edilib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Xəbər lenti
0