07:33 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
7601

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 64-cü hökuməti qurmaq üçün Davudoğluna tapşırıq verib.

BAKI, 18 noy – Sputnik. Türkiyə Böyük Millət Məclisindəki andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, iqamətgahında baş nazir Əhməd Davudoğlunu qəbul edib.

Ərdoğan 64-cü hökuməti qurmaq üçün Davudoğluna tapşırıq verib.

Davudoğlunun hökumətqurma tapşırığını qəbul etdikdən sonra yeni yaradacağı hökumətin üzvlərini prezidentin təsdiqinə təqdim etməsi üçün 45 gün müddəti var.

Lakin yerli mətbuata görə, Davudoğlu bu gün yeni Nazirlər Kabinetini açıqlayacaq.

Dövlət başçısı Ərdoğan hökuməti təsdiq etdikdən sonra Nazirlər Kabinetinin proqramı ictimaiyyətə açıqlanacaq.

Əsas mövzular