İŞİD-in daha bir lideri məhv edilib

© AP Photo / Juan Carlos HernandezСу 30 МКИ təyyarələri
Су 30 МКИ təyyarələri - Sputnik Azərbaycan
Abunə olmaq
Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.

Bakı, 15 noy — Sputnik. İŞİD terror qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabil ABŞ təyyarələrinin zərbələri nəticəsində məhv edilib. Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.

Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.

Kuk qeyd edib ki, Əbu Nabilin məhv edilməsi əməliyyatı hakimiyyət qurumları ilə razılaşdırılıb və Parisdə törədilən terror aktlarından xeyli əvvəl planlaşdırılıb.

Xəbər lenti
0