Paris terrorunun qurbanlarının vətəndaşlığı dəqiqləşdirilir

© REUTERS / Stephen LamA makeshift memorial honoring the victims of the terror attack in Paris is seen outside the Consulate General of France in San Francisco, California November 13, 2015
A makeshift memorial honoring the victims of the terror attack in Paris is seen outside the Consulate General of France in San Francisco, California November 13, 2015 - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir: Zərərçəkənlər və onların vətəndaşlığı tam müəyyən edilməyib, araşdırma hazırda davam edir.

BAKI, 14 noy — Sputnik. Zərərçəkənlər və onların vətəndaşlığı hazırda dəqiqləşdirilir.
Sputnik-in məlumatına görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Trend-ə bildirib ki, bu barədə səfirliyə Fransa Xarici İşlər Nazirliyində (XİN) yaradılmış böhran mərkəzindən məlumat verilib.

Səfirin sözlərinə görə, hələ ki zərərçəkənlər və onların vətəndaşlığı tam müəyyən edilməyib, araşdırma hazırda davam edir.
E.Əmirbəyov deyib ki, növbəti saatlarda səfirlik tərəfindən Fransa XİN ilə yenidən əlaqə saxlanılacaq.

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

Parisdə baş verən atışma və partlayışlar nəticəsində 153 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Xəbər lenti
0