CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Obama veteranların işə alınması üçün şirkətlərə səslənib

© Sergey GuneevU.S. President Barack Obama
U.S. President Barack Obama - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: Veteranlarımız planetimizin ən istedadlı və ən qabiliyyətli insanlardır. Onlar öz vəzifələrini layiqincə yerinə yetiriblər.

BAKI, 12 noy – Sputnik. ABŞ-da hər il qeyd olunan “Veteranlar günü” münasibəti ilə prezident Barak Obama orduda xidmət edən kişi və qadınları alqışlayıb, veteranların xatirəsini yada salıb.

Sputnik Amerikanın Səsi-nə istinadən bildirir ki, prezident Ağ Evdə veteranlar və onların ailələri üçün ziyafət təşkil edib.

Barak Obama daha sonra, Arlinqton fəxri xiyabanında naməlum əsgərin məzarı önünə əklil qoyub və nitq söyləyib.

Obama böyük şirkətləri İraq və Əfqanıstanda hərbi xidmət keçmiş veteranları işlə təmin etməyə çağırıb. Televiziya kanallarının canlı yayımladığı nitq zamanı Obama  veteranlar barəsində bunları deyib: “Veteranlarımız planetimizin ən istedadlı və ən qabiliyyətli insanlardır. Onlar öz vəzifələrini layiqincə yerinə yetiriblər.”

Xəbər lenti
0