SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT İraq hesabatını ictimaiyyətə açıqladı

© Sputnik / Sergey Guneev / Mediabanka keçidThe United Nations Headquarters in New York
The United Nations Headquarters in New York - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin İraq üzrǝ koordinatoru Jan Kubis, bölgə xalqının terror və zorakılıqdan çox əziyyət çəkdiyini və bunun faciə olduğunu deyib.

BAKI, 3 noy – Sputnik. Birləşmiş Millətlər Təşkilatı İraqla bağlı yeni hesabatını hazırlayıb. Hesabatla bağlı məlumatları təşkilatın “İraqa yardım missiyası” açıqlayıb. 

BMT-yə təqdim olunan raportda zorakılıq və terror hadisələri xüsusilə qeyd olunub. 

Təkcə oktyabr ayında baş verǝn terror hadisǝlǝrindǝ 714 nəfərin dünyasını dəyişdiyi bildirilib. Onlardan 559-nun mülki vətəndaşlar olduğu açıqlanıb. 

Qarşıdurmalar zamanı İraq ordusu və polisindən 155 nǝfǝrin də həyatını itirdiyi ifadə edilib. 

BMT-nin İraq üzrǝ koordinatoru Jan Kubis, bölgə xalqının terror və zorakılıqdan çox əziyyət çəkdiyini və bunun faciə olduğunu deyib. 

Jan Kubis mövcud problemlǝrin beynǝlxalq ictimaiyyǝtin dǝstǝyi ilǝ həll oluna biləcəyini vurğulayıb. 

Xəbər lenti
0