SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Xəzərdən Suriyaya raketlərin atılması bizi narahat etdi

© AFP 2023 / ADEM ALTANРеджеп Тайип Эрдоган
Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətiylə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb.

BAKI, 30 okt — Sputnik. Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi.

Bunu APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətiylə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə — Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.

Xəbər lenti
0