ABŞ-da ölkəni raket hücumundan müdafiə edən hərbi dirijabl düşüb

Hərbi dirijabl
Hərbi dirijabl - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ABŞ-ın Pensilvaniya ştatında Montroz dairəsində baş verib.

BAKI, 29 okt — Sputnik. ABŞ-da ölkəni raket hücumundan müdafiə edən hərbi dirijabl düşüb.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Pensilvaniya ştatında Montroz dairəsində baş verib. Hadisə nətcəsində xəsarət alanlar barədə hələlik məlumat verilmir. Buna baxmayaraq dirijablın trosunun qırılması nəticəsində 27 min insan işıqsız qalıb.

Trosdan qırılan dirijabl 300 km. məsafə uçduqdan sonra meşəyə düşüb. 70 metr uzunluğunda olan hərbi dirijablı uçan zaman AB, Hərbi-Hava Qüvvələrinə məxsus F-16  qırıcıları müşayiət edib. Bu qırıcılar həyəcan siqnalı nəticəsində havaya qaldırılıb. Drijablın havaya qalxmasının səbəbi hələ ki, bəlli deyil.

Bu dirijabl Vaşinqton ştatını hava-hücumundan və raket əleyhinə hücumundan müdafiəsini  təmin edir.

Xəbər lenti
0