SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çin ABŞ-a sərt xəbərdarlıq etdi

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidÇin bayrağı
Çin bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Birləşmiş Ştatları Cənubi Çin dənizində Çinə aid adalara 12 dəniz mili uzaqlığındakı məsafəyə döyüş gəmisi göndərəcəyini açıqlamışdı.

BAKI, 27 okt – Sputnik. Çin hökumətindən Vaşinqtona sərt xəbərdarlıq edilib. Pekin rəhbərliyi ABŞ-ın Cənubi Çin dənizində boş yerə problem çıxarmamasını məsləhət görüb. Bu barədə Çinin Xarici İşlər naziri Vang Yi jurnalistlərə açıqlamasında deyib.

Amerika Birləşmiş Ştatları Cənubi Çin dənizində Çinə aid adalara 12 dəniz mili uzaqlığındakı məsafəyə döyüş gəmisi göndərəcəyini açıqlamışdı.

Xarici İşlər naziri Vang Yi, Vaşinqton rəhbərliyini hərəkətə keçmədən əvvəl iki dəfə yaxşı düşünməyə çağırıb.

Rəsmi Pekin Cənubi Çin dənizində gəmiləri üçün yeni mərkəz və təyyarə meydanı quracağını, lakin bu yerlərə necə silah və qüvvə yerlǝşdirǝcǝyini müəyyən etməyib.

Neft, təbii qaz və balıqçılıq baxımından olduqca zəngin mənbələrə malik Cənubi Çin dənizindəki adalara bir çox ölkənin iddiaları var. Bu ölkələr Tayvan, Bruney, Malayziya, Vyetnam və Filippindir.

Xəbər lenti
0