21:31 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
BMT-nin baş katibi Pan Gi Mun və İsrailin baş naziri Binyamin Netanyahu

BMT baş katibi İsraildən görün nəyi tələb etdi

un.org
DÜNYA
Qısa URL
68311

Son günlər Qüdsdə artan gərginliklə əlaqədar bölgəyə gəldiyini deyən baş katib, Fələstin torpaqlarının işğalının sona çatdırılmasını tələb edib.

BAKI, 21 okt — Sputnik. "İsrail və Fələstin arasında sülh danışıqlarının yenidən başlaması çox vacibdir". Bunu İsraildə səfərdə olan BMT-nin baş katibi Pan Gi Mun bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşündə vurğulayıb.

Son günlər Qüdsdə artan gərginliklə əlaqədar bölgəyə gəldiyini deyən baş katib, Fələstin torpaqlarının işğalının sona çatdırılmasını tələb edib.

İsrailin baş naziri ilə görüşdən sonra mətbuata açıqlama verən Pan Gi Mun bunları deyib: "Yəhudilər və Fələstinlilər yenidən faciəvi zorakılıq dövrünün astanasındadırlar. İşğalı sonlandıracaq yeni müzakirə üçün lazımi şəraiti yaratmaq olduqca əhəmiyyətlidir. Bu olmadıqca zorakılığın azalması mümkün deyil"

Hazırki vəziyyətin din müharibəsinə çevrilməməsi üçün qabaqlayıcı tədbirlər görülməsinin vacibliyini deyən Ban, İsrail ordusunun həddən artıq güc tətbiq etməsinin daha böyük gərginliyə səbəb olacağını və bu gərginliyin mənbəyi olan ümidsizliyi doğuracağını qeyd edib.

Öz növbəsində İsrailin baş naziri Binyamin Netanyahu, Əl Əqsa məscidinin statusunu dəyişdirməyə çalışdıqları ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Əsas mövzular