08:17 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Türkiyədə terror dalğası (18)
6896364

Şahan Gökbahar: Fransada 4 nəfər təxribatçı karikaturaçı öldürülür, prezidentlər qol-qola girərək Parisdə yürüş keçirir. Bizdə öldürülən 95 insanı dünya niyə görmür?

BAKI, 12 okt – Sputnik. Sosial mövzularda həssaslığı ilə tanınan, ölkəmizdə də kifayət qədər sevilən məşhur türk aktyor Şahan Gökbahar (Recep İvedik) Ankaradakı terrorla dünya liderlərinə üsyan edib. O bu barədə özünün facebook hesabında yazıb:

“Türkiyənin paytaxtında, Ankaranın düz mərkəzində iki ədəd bomba partlayır. 100-ə yaxın insan günün gündüz vaxtında həyatını itirir. Tarixin ən böyük terror hücumu baş verir. Ancaq dünya liderləri hadisəni sadəcə telefonla qınayır. Fransada isə 4 nəfər təxribatçı karikaturaçı öldürülür, prezidentlər qol-qola girərək Parisdə yürüş keçirir. Bizdə öldürülən 95 insanı dünya niyə görmür? Əslində çox yaxşı bilirik niyə görmür?! Türkiyə dünya ölkəsi deyil? Bu ölkədə də insan həyatının qiyməti Fransadakılarla eyni deyil? Niyə dünya prezidentləri qol-qola girib Ankarada yürüyüş keçirmir? Yoxsa biz başqa planetdən gəlmişik? “

Mövzu:
Türkiyədə terror dalğası (18)

Əsas mövzular