BAKI, 30 sen – Sputnik. Rus hərbi donanmasına aid ağır zirehli texnikalar Bosfor və Çanaqqala boğazlarından keçərək Suriyaya doğru hərəkət edib.
Analitiklər, İŞİD terror təşkilatını səbəb göstərən Rusiyanın Əsəd rejiminə dəstək üçün Suriyaya əsgər, tank, döyüş təyyarələri və hərbi vertolyotlar göndərdiyini iddia edir.
Əvvəllər Suriyaya silah göndərmək üçün Bolqarıstan və Yunanıstan hava sahəsindən istifadə edən Rusiya, hər iki ölkədən rədd cavabı aldıqdan sonra türk boğazlarından istifadəyə yönəlib.
Yada salaq ki, Türkiyənin sülh dövründə Qaradənizə sahili olan ölkələrin hərbi gəmilərinin boğazlardan keçişini dayandırma səlahiyyəti yoxdur