07:02 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
137101

Yens Stoltenberq Rusiyanı Suriyada sülhün bərpa olunmasında üzərinə konstruktiv rolu götürməyə çağırıb.

BAKI, 30 sent-Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Suriyada sülhün bərpa olunmasında üzərinə konstruktiv rolu götürməyə çağırıb. 

Sputnik xəbər verir ki, bu barədə "Assoşieyted Press" məlumat yayıb.

"NATO həmçinin Rusiyanın Suriyada İŞİD-lə mübarizə barədə planını alqışlayır" — deyə Stoltenberq qeyd edib.

NATO-nun baş katibi bununla belə vurğulayıb ki, paralel olaraq Suriya prezidenti Bəşər Əsəd rejiminin dəstəklənməsi problemin siyasi həllinin axtarışına konstruktiv tövhə sayıla bilməz.

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sessiyasındakı çıxışında islam dövlətlərinin iştirakı ilə beynəlxalq antiterror koalisiyasının yaradılmasına dair çağırış edib.

Rusiya, İran, İraq və Suriya bundan əvvəl Bağdadda İŞİD terror qruplaşması ilə mübarizədə addımların əlaqələndirilməsi məqsədilə ümumi İnformasiya Mərkəzi yaradıblar.

 

Əsas mövzular