05:37 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
390 0 0

Bu gün Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

BAKI, 20 sent — Sputnik. Bu gün Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir.
Sputnik xəbər verir ki, səsvermə saat 7.00-dan 19.00-dək davam edəcək.

Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, seçici siyahılarında 9 milyon 873 nəfərin adı var. Konstitusiyaya görə, səsvermədə iştirak etmək vətəndaş üçün məcburi sayılır.

Bu, 2015-ci ildə keçirilən üçüncü parlament seçkiləridir. İlk növbədənkənar seçkilər bu il yanvarın 25-də keçirilib. İyulun 5-də isə kreditorların tələbləri ilə bağlı referendum olub.

Parlament hakim SİRİZA partiyasında — radikal solçuların koalisiyasında baş verən parçalanmadan sonra buraxılıb.

Narazılıq koalisiyanın lideri, baş nazir Aleksis Tsiprasın kreditorlarla yeni memorandum imzalanmaq niyyətindən sonra yaranıb. Tsipras sərt iqtisadiyyat siyasətini davam etdirmək tərəfdarı olsa da, digər partiya üzvləri bunun partiyanın seçkiqabağı vədləri və proqramı ilə ziddiyyət təşkil etdiyini bildirərək əleyhinə çıxıblar.

Hakim koalisiya çoxluğu itirib və Tsipras yeni seçkilərə getmək məcburiyyətində qalıb.

Teqlər:
Yunanıstan, Parlament seçkiləri, parlament, Syriza, Siriza, Aleksis Tsipras, Yunanıstan

Əsas mövzular