21:55 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
11621

Türkiyə prezidenti: "Terrorçulara bu silahları kimlər verir, bunlar bu silahları haradan tapır. Terror təşkilatı PKK-nı silahla təmin edənlər kimlǝrdir?"

BAKI, 17 sen — Sputnik. "PKK və onu dəstəkləyənlər, Türkiyənin bütün ərazilərində əsrlərdən bəri hökm sürən qardaşlığı yox etmək üçün xain əməllərini davam etdirir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, paytaxt Ankarada gənclərlə keçirdiyi görüşündə deyib.

Türkiyənin güclənməsini istəməyən qüvvələrin olduğunu deyən prezident, media mənsublarına və iri sərmayədarlara səslənib.

"Ey sərmayədarlar, ey media mənsubları, sizlǝrǝ müraciǝt edirǝm, terroristlərin əlinə bu silahları kimlər verir, bunlar bu silahları haradan tapır. Terror təşkilatı PKK-nı silahla təmin edənlər kimlǝrdir?"

Qarşıdan gələn parlament seçkilərinə də toxunan prezident "1 Noyabrda tarix yeniden yazılsın, gəlin ölkəni terror bəlasından xilas edək. Əbǝdiyyǝtǝ qədər toprağa basdıraq" deyǝ qeyd edib.

Teqlər:
Türkiyə prezidenti, PKK terror təşkilatı, PKK, Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular