14:31 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program

Ayətullah Xameneyi: 25 il sonra İsrail adlı dövlət olmayacaq

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran district
DÜNYA
Qısa URL
146231

İranın Ali dini lideri İsraili hədəf alaraq bu ölkəni böyük təhdid olaraq xarakterizə edib və sonuna qədər döyüşməyə davam edəcəklərini deyib.

BAKI, 10 sen – Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xameneyi nüvə razılaşmasından başqa heç bir sahədə ABŞ hökuməti ilə danışıqlar aparmayacaqlarını deyib. 

Xameneyi, nüvə müzakirələri çərçivəsində Vaşinqton ilə eyni masa ətrafında oturmanın fövqəladə bir hal olduğunu vurğulayıb.

Birləşmiş Ştatların bir çox sahədə öz siyasətini qəbul etdirmək üçün İranla əlaqə yaradmaq istədiyini iddia edən dini lider, buna icazə verilməyəcəyini söyləyib.

Danışıqları təhdid olaraq xarakterizə edən Xameneyi, illər öncə ölkədən qovduqları amerikalı şəbəkənin yenidən içəri girməsinə icazə verməyəcəklərini bildirib. 

Ali dini lider İsraili də hədəf alaraq bu ölkəni böyük təhdid olaraq xarakterizə edib və sonuna qədər döyüşməyə davam edəcəklərini qeyd edib.

Ayətullah Xameneyi, mülahizəsində “25 il sonra İsrail deyə bir dövlət olmayacaq” ifadəsini də işlədib.

Vaşinqtona qapıların bağlı olduğu mesajını verən İran rəhbərliyi, Qərb dövlətlərindən gələn heyətləri ardıcıllıqla qəbul etməkdə davam edir.

Avstriya prezidenti Heinz Ficher (Hayns Fişer) dini lider Xameneyi və prezident Həsən Ruhani ilə görüşüb. Suriyada baş verənlərdən iqtisadi əlaqələrə qədər bir çox mövzunu müzakirə edən İran və Avstriya liderləri 4 sahədə əməkdaşlıq razılaşması imzalayıb.

Politoloqlar, Avropa ölkələri ilə əlaqələrini genişləndirən İranın sanksiya təzyiqini yüngülləşdirdiyini bildirirlər.

Teqlər:
Ayətullah, Xameneyi, Ayətullah Xameneyi, İsrail, İran

Əsas mövzular