13:48 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
409742

Kalorisi az olan ananas bədəndəki yağları yox etmək üçün ideal meyvədir.

BAKI, 9 sent – Sputnik. Türkiyəli dietoloq Pınar Kural, artıq piylərdən xilas olmağın ən asan üsulunu açıqlayıb. O, kalorisi az olan ananasın bədəndəki yağları yox etmək üçün ideal qida olduğunu deyib.

Ananasın böyük bir qismi sudur və kalorisi olduqca aşağıdır. Tərkibində dəmir, kalsium, kalium, maqnezium, A vitamini, B və C vitaminləri boldur. Ananas, dərini hamarlaşdırır, dırnaq və saçları gücləndirir, gözlərin görmə qabiliyyətini artırır.

Bu meyvə eyni zamanda xərçəng xəstəliyinin yaranmasına maneə olur. Ananas həzm prosesini qaydaya salmaqla bərabər, qəbzliyi də aradan götürür.

Bundan başqa ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçi olur. Yüksək təzyiq və qandakı yağ nisbətini aşağı salır.

Teqlər:
kalorisi az olan meyvə, Türkiyəli dietoloq, stress, qandakı yağ nisbəti, yüksək təzyiq, ananas, xərçəng xəstəliyi, C vitamini, B vitamini, A vitamini, kök adam, piylənmədən qorunmaq, kökəlməmək üçün, piylərdən xilas olmaq, Pınar Kural

Əsas mövzular