02:02 25 Fevral 2018
Canlı yayım
Türk əsgəri

Türk ordusu gün ərzində 150 PKK terrorçusunu öldürdü

© AFP 2018 / Iakovos Hatzistavrou
DÜNYA
Qısa URL
5320

Ordu havadan vǝ qurudan PKK-ya qarşı genişmiqyaslı ǝmǝliyyat başladıb.

BAKI, 8 sent — Sputnik. Hakkari vilayətinin Dağlıca bölgəsində 16 ǝsgǝrin şǝhid olması, 6 ǝsgǝrin dǝ yaralanması ilǝ nǝticǝlǝnǝn terror hücumundan sonra türk ordusu havadan vǝ qurudan PKK-ya qarşı genişmiqyaslı ǝmǝliyyat başladıb.

Dörd ǝdǝd F-16 vǝ üç ǝdǝd F-4 növ qırıcı tǝyyarǝ ilǝ terror tǝşkilatı PKK-ya mǝxsus mağara, anbar vǝ terrorçuların yaşadıqları yerlǝr vǝ Doçka növ silahların yerlǝşdiyi düşǝrgǝnin dǝ olduğu 23 hǝdǝf vurulub.

Yüksǝkovada yerləşən 3-cü Komanda birliyi ilǝ Hakkari dağ vǝ xüsusi tǝlim keçmiş hǝrbçilǝrin olduğu bölgǝdǝn qalxan kobra növ helikopterlǝr dǝ ǝmǝliyyata dǝstǝk veriblǝr.

Təkcə dünən 150-ə yaxın terrorçunun öldürüldüyü bildirilir.

Hakkari şǝhǝrindǝ isǝ polis mǝrkǝzlǝrinǝ zirehli hǝrbi texnika cǝlb edilib.

Teqlər:
helikopterlər, helikopter, F-4 qırıcı təyyarəsi, F-4, F-16 qırıcı təyyarəsi, F-16 təyyarəsi, F-16, Türk əsgəri, PKK terror təşkilatı, PKK, Dağlıca bölgəsi, Hakkari vilayəti, Türkiyə

Əsas mövzular