01:15 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Türk əsgəri

Türkiyənin cənub şərqində hərbi vəziyyət elan olundu

© AFP 2018 / ADEM ALTAN
DÜNYA
Qısa URL
2210

Son vaxtlar PKK-nın sıx hücumlarına məruz qalan Hakkari vilayətində 5, Batmanda isə 8 bölgə bu kateqoriyaya daxil olunub.

BAKI, 8 sent — Sputnik. Artan terror hadisələri səbəbilə Türkiyənin bir çox bölgələrində hərbi vəziyyət elan edilib.

Son vaxtlar PKK-nın sıx hücumlarına məruz qalan Hakkari vilayətində 5, Batmanda isə 8 bölgə bu kateqoriyaya daxil olunub.

Məsələ ilə bağlı Hakkari vǝ Batman Valiliklǝri tǝrǝfindǝn verilǝn açıqlamada qeyd olunur ki, terror tǝşkilatının ǝrazidǝ yerlǝşmǝsinǝ mane olmaq, xalqın tǝhlükǝsizliyinin tǝmin edilmǝsi mǝqsǝdilǝ bǝzi bölgǝlǝr müqǝvvǝti olaraq hərbi tǝhlükǝsiz bölgǝ elan edilib.

Şǝmdinli vǝ Çukurcada 5 bölgǝyǝ 9-23 sentyabr tarixlǝri arasında giriş qadağan edilib.

Batmanda isǝ Sason-Kozluk vǝ Hasankeyfdǝ 8 bölgǝnin 2016-cı il martın 1-dǝk hərbi tǝhlükǝsiz bölgǝ olaraq elan edildiyi açıqlanıb.

Teqlər:
hərbi vəziyyət, Türkiyədə hərbi vəziyyət, PKK terror təşkilatı, PKK, Çukurca, Şǝmdinli, Batman, Hakkari vilayəti, Türkiyə

Əsas mövzular