21:25 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Qabil Huseynli

Ekspert: Türkiyə terrorla yumşaq davranır

youtube
DÜNYA
Qısa URL
5500

Qabil Hüseynli: Türkiyə konstitusiya məhkəməsi HDP-ni ləğv etməli və onların parlamentdəki fəaliyyətini dayandırmalıdır.

BAKI, 7 sent — Sputnik. "Türkiyə hökuməti PKK terrorçularına qarşı yumşaq davranır". Bunu Sputnik-ə açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, terrorla daha sərt mübarizə aparmaq mümkündür. Politoloq, PKK-nın 90-cı illərin ortalarında da aktivləşdiyini, ancaq dövrün baş naziri Tansu Çillərin uğurlu əməliyyat strategiyası nəticəsində terrorçuların zəiflədildiyini və geri çəkildiyini deyib.

"Tansu Çillər terrorla daha effektiv mübarizə aparırdı. O, terror təşkilatına maliyyə yardımı edən işadamlarını aradan götürmək üçün hətta özəl qurum da yaratmışdı. PKK-ya yardım etdiyi düşünülən bir çox kəndin yeri dəyişdirilirdi, əhali köçürülürdü. Bəzi bölgələrdə hərbi vəziyyət elan olunurdu. Bütün bunlar PKK-nı tamam zəiflədirdi".

HDP millətvəkillərinin PKK terrorçularının dəfn mərasimlərinə qatılmasına da münasibət bildirən politoloq, sözügedən partiyanın ləğv edilməsinin vacibliyini vurğulayıb.

"Türkiyə konstitusiya məhkəməsi HDP-ni ləğv etməli və onların parlamentdəki fəaliyyətini dayandırmalıdır. Çünki onların əsas məqsədi Türkiyəni parçalamaqdır"

Əlaqədar

PKK-nın hücumunda çoxlu sayda türk əsgəri şəhid oldu
Teqlər:
PKK terrorçuları, PKK terror təşkilatı, PKK, HDP, Tansu Çillər, politoloq Qabil Hüseynli, Qabil Hüseynli, Türkiyə, Azərbaycan

Əsas mövzular