02:38 28 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
368 0 0

Devid Kemeron ölkəsinin suriyalı qaçqınlara yardım məqsədilə əlavə 100 mln funt sterlinq ayıracağını açıqlayıb.

BAKI, 6 sent-Sputnik. Böyük Britaniya 15 000 suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib.
Sputnik xəbər verir ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron (David Cameron) miqrasiya böhranının nizamlanması planının hazırlanmasına dair göstəriş verib. Söhbət qaçqınların yerləşdirilməsinə dair proqramın genişləndirilməsindən və qeyri-leqal miqrantların daşınması ilə məşğul olan şəxslərlə mübarizənin sərtləşdirilməsindən gedir.
Devid Kemeron ölkəsinin suriyalı qaçqınlara yardım məqsədilə əlavə 100 mln funt sterlinq ayıracağını açıqlayıb. Onun sözlərinə görə, Britaniya artıq 5000-dək qaçqın qəbul edib.

Teqlər:
funt sterling, miqrasiya böhranı, miqrasiya, Suriya, Böyük Britaniya, David Cameron, Devid Kemeron, Böyük Britaniya

Əsas mövzular