07:17 28 Fevral 2017
Canlı yayım
Денежные купюры

BƏƏ-də yəmənlilər üçün cəmi üç günə 10 milyon dollar yığıldı

© Sputnik / Mikhail Kutuzov
DÜNYA
Qısa URL
71 0 0

Pul yardımı mobil telefondan sms göndərilməsi ilə də mümkündür.

BAKI, 2 sent — Sputnik. Birləşmiş Ərəb Əmirliiklərində ümummilli yardım aksiyasının cəmi üç gününə 10 milyon dolladan artıq pul toplanıb.

BƏƏ-nin Qızıl Aypara təşkilatının başladığı bu aksiyanın məqsədi silahli münaqişədə zərər çəkmiş yəmənlilərə dəstək olmaqdır.

"Yəmənə yardım" adlı bu aksiyaya ötən bazar günü start verilib.

İanə və yardımın toplanması bir ay davam edəcək. Bu məqsədlə ölkədə 200 mərkəz yaradılıb, bir neçə islam bankında xüsusi hesablar açılıb. Bundan başqa pul yardımı mobil telefondan sms göndərilməsi ilə də mümkündür.

Əlaqədar

Yəməndə vəziyyət yenidən gərginləşib
Səudiyyə Ərəbistanı Yəmənə qoşun yeritdi
Teqlər:
dollar, BƏƏ, yardım, Yəmən, BƏƏ