05:41 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA

Roma Papası abort etdirənlərin əvf olunmasına icazə verib

DÜNYA
Qısa URL
34 0 0

Aborta görə əvf Katolik Kilsəsində günahların əvf edildiyi müqəddəs il olan "yubiley ili" çərçivəsində həyata keçiriləcək.

BAKI, 2 sent — Sputnik. Katolik ruhani lideri Papa Fransisk dünyanın hər yerindəki keşişlərə bir il ərzində abort etdirən qadınları əvf etmə səlahiyyəti verib.

Abortun lənətlə cəzalandırıldığı Katolik Kilsəsində normal şərtlərdə yalnız yüksək səviyyəli din xadimləri bu günahı əvfetmə səlahiyyətinə malikdir.

Aborta görə əvf Katolik Kilsəsində günahların əvf edildiyi müqəddəs il olan "yubiley ili" çərçivəsində həyata keçiriləcək.
Adi yubileylər 25 ildən bir keçirilir ancaq Papalar bəzən fövqəladə yubiley elan edə bilirlər.
Papa Fransisk də keçən ilin mart ayında, 8 dekabr 2015-20 Noyabr 2016 tarixləri arası müddəti "mərhəmət" adı altnıda yubiley ili elan etmişdi.
Abortun böyük bir günah olduğunun qəbul edildiyi Katolik Kilsəsinin aldığı bu qərar, xristian dünyasında mübahisələrə səbəb olub.

Əlaqədar

Papa Avropa dövlətlərini vicdanlı olmağa çağırıb
Papa Putinə: Səmimi ol!
Teqlər:
əvf, abort, Roma Papası

Əsas mövzular