02:07 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1101

Prezident Mansur Hadi tǝrǝfdarlarının Maribi ələ keçirmələri halında Cevf vǝ Husilərin qǝrargahı mövqeyindǝ olan Saada şǝhǝrinǝ yönəlmǝlǝri gözlənilir.

BAKI, 31 avq – Sputnik. Yəməndə Husi milis dəstələri ilə prezident Mansur Hadi tǝrǝfdarları arasındakı qarşıdurmalar, Marib şəhərinə yayılıb.

Paytaxt Sananı elektrik və neft ilǝ tǝmin edǝn Marib, hǝm zəngin yeraltı qaynaqlara sahibdir, hǝm dǝ strateji baxımdan böyük ǝhǝmiyyǝt daşıyır. 

İki tərəfin də ordu cəmlədiyi şəhər, şiddətli qarşıdurmalara sǝhnǝ olur. Mansur Hadi tǝrǝfdaşlarının Maribi ələ keçirmələri halında Cevf vǝ Husilərin qǝrargahı mövqeyindǝ olan Saada şǝhǝrinǝ yönəlmǝlǝri gözlənilir. 

Mansur Hadi tǝdǝfdarlarına dəstək verǝn Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiya qüvvǝlǝrinin Haccah şəhərində bir şüşə fabrikinǝ tǝşkil etdiyi avia hücum nǝticǝsindǝ 36 işçi hǝyatını itirib. 

Koalisiya qüvvələri fabrikin bomba istehsal etdiyi sǝbǝbiylǝ hədəf götürüldüyünü bildiriblər. 

Digər tərəfdən liman şəhəri Ədǝndǝ, hǝyata keçirilǝn sui-qǝsd nǝticǝsindǝ iki təhlükəsizlik müdiri hǝyatını itirib.

Teqlər:
Mansur Hadi tǝrǝfdarları, Husi milis dəstələri, Sana paytaxtı, Sana, Marib şəhəri, Yəmən

Əsas mövzular