11:53 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA

Fransa: Macarıstanın mühacirlərə qarşı tutumu qeyri-insanidir

DÜNYA
Qısa URL
Avropada mühacir böhranı (13)
39 0 0

Loran Fabius: Avropanın dəyərləri var. Macarıstan da Avropanın bir parçasıdır. Bu dəyərləri sərhədlərə dəmir məftillər hörərək tapdalamaq olmaz.

BAKI, 31 avq — Sputnik. "Macar hökumətinin qaçqınlara qarşı atdığı qeyri-insani addımlar skandaldır və qəbuledilməzdir". Bunu yerli telekanallardan birinə müsahibəsində Fransanın xarici işlər naziri Loran Fabius deyib.

Onun sözlərinə görə, Macarıstanın immiqrantların ölkəyə girişini əngəlləmək üçün sərhəddi dəmir məftillərlə hörməsi Avropa dəyərlərini tapdalamaqdır.

"Avropanın dəyərləri var. Macarıstan da Avropanın bir parçasıdır. Bu dəyərləri sərhədlərə dəmir məftillər hörərək tapdalamaq olmaz. Bəzi şərqi avropa ölkələrinin mühacirlərə qarşı tutumu qeyri-insanidir" deyə Fabius qeyd edib.

Almaniya, Fransa və İngiltərənin daxili işlər nazirləri ortaq bir qərarla, gedərək böyüyən qaçaq immiqrant böhranını həll etmək üçün təcili yığıncaq çağırıb.

 

Mövzu:
Avropada mühacir böhranı (13)
Teqlər:
Avropada miqrant, miqrant, Avropada qaçqın miqrantlar, Avropada qaçqın miqrant, Avropada qaçqın, qaçqın, Loran Fabius, Fransanın xarici işlər naziri Loran Fabius, Macarıstan, Fransa

Əsas mövzular