09:02 20 Yanvar 2018
Canlı yayım
DÜNYA

İsrail fələstinli xristianlara qaz bombası ilə müdaxilə etdi

DÜNYA
Qısa URL
610

İsrailin hörməyə çalışdığı divar Kərimzan monastırı ilə Beyt Caladaki Katolik birliyini bir-birindən ayırdığı üçün xristianların sərt etirazlarına səbəb olub.

BAKI, 31 avq — Sputnik. İsrail polisi içlərində xristian din adamlarının da olduğu fələstinli qrupa sərt müdaxilə edib.

İşğal altındakı Qərbi Şəriyə bölgəsinin Beyt Cala məhəlləsində inşasına yenidən başlanılan təhlükəsizlik divarına etiraz edən qrupa qarşı qaz bombalarından da istifadə olunub.

İsrailin hörməyə çalışdığı divar Kərimzan monastırı ilə Beyt Caladaki Katolik birliyini bir-birindən ayırdığı üçün xristianların sərt etirazlarına səbəb olub. Nümayişə qatılan Qüds patriarxı Mişel Sabbah, baş verənlərin qeyri-qanuni olduğunu deyib.

"Bu torpaqlar bizimdir. Silah və güc hesabına aldığınız qərarların heç birini tanımırıq. Əməllərinizin hamısı qeyri-qanunidir" deyə patriarx qeyd edib.

İsrailin Ali Məhkəməsi aprel ayında, etirazlar səbəbi ilə divarın inşasını dayandırmışdı. Lakin məhkəmə iyun ayında qəbul etdiyi qərarla inşa işlərinə icazə vermişdi.

İsrail, intihar hücumlarını səbəb göstərərək Qərb Şəriyə və İsrail sərhədini ayırmaq məqsədi ilə inşasına 2002-ci ildə başladığı "Ayrılıq Divarı" ilə şəhərləri bölmüşdü.

Teqlər:
Ayrılıq Divarı, İsrail polisi, Mişel Sabbah, Qüds patriarxı, Fələstin, İsrail, Beyt Cala məhəlləsi, Qərbi Şəriyə bölgəsi

Əsas mövzular