02:27 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA

90-cı illərin populyar modelləri bir layihədə birləşiblər

DÜNYA
Qısa URL
5310

25 il sonra top-modellər birgə fotosessiya çəkdiriblər.

BAKI, 29 avq-Sputnik. 90-cı illərin populyar supermodelləri Sindi Krouford, Yeva Hersiqova, Helen Kristensen, Nadya Auerman, Tatyana Patis və Karen Aleksandr 25 il sonra yeni fotosessiyada iştirak etmək üçün bir araya gəliblər.

Sputnik Trend-ə istinadən məlumat verir ki, dəb sənayesinin aparıcı ilham mənbələrini bir yerə toplamaq ideyası məşhur fotoqraf Piter Lindberqə məxsusdur. Qeyd edək ki, məhz P.Lindberq 1990-cı ildə Amerikanın “Vogue” jurnalının üz qapağı üçün S.Krouford və həmkarlarının birgə şəklini çəkən fotoqrafdır.

Müəllif dəb tarixində iz qoyan əsrarəngiz qadınların gözəlliklərini göstərmək istəyir. Fotosessiyadan başqa çəkiliş prosesindən bəhs edən mini-film də çəkilib.

Teqlər:
Amerika, Sindi Krouford, Yeva Hersiqova, Helen Kristensen, Nadya Auerman, Tatyana Patis, Karen Aleksandr, Vogue, Sindi Krouford, Yeva Hersiqova, Helen Kristensen, Nadya Auerman, Tatyana Patis, Karen Aleksandr, Vogue, populyar, supermodel

Əsas mövzular