05:59 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
118022

NASA: Əriyən buzlaqların qarşısı alınmazsa, 100 il içində bir çox ada sular altında qalacaq.

BAKI, 28 avq – Sputnik. ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin iqlimlə bağlı mütəxəssisləri buzlaqların əvvəlki dövrlərə nisbətən daha böyük sürətlə əridiyini bildiriblər.

Dəniz səviyyəsinin sürətlə yüksəldiyini söyləyən mütəxəssislər “Qlobal istiləşmə ilə əlaqədar olaraq əriyən buzlaqların qarşısı alınmazsa, 100 il içində bir çox ada sular altında qalacaq” deyiblər.

Tokio ilə Sinqapur kimi dəniz səviyyəsinə yaxın bölgələrin də su altında qalacağı gözlənilir.

Dənizlərin səviyyəsinin 100-200 il ərzində ən az bir metr yüksələcəyi qaçılmaz görünür.

Buzlaqlar sürətlə çökərsə, dəniz səviyyəsinin üç metrə qədər yüksəlməsi belə mümkündür.

Teqlər:
buzlaşma, qlobal istiləşmə, Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi, ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi

Əsas mövzular