10:24 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Şarli Templin

Hollivudun əfsanə uşaq aktrisasının paltarları hərraca çıxarıldı

© Wikipedia /
DÜNYA
Qısa URL
4901

Şarli Templi 1935-ci ildə hələ 6 yaşındaykən Oskara layiq görülüb.

BAKI, 28 avq – Sputnik. Hollivudun məşhur uşaq ulduzu Şarli Templinin paltarları hərraca çıxarılır.

Keçən əsrin 30-cu illərində kiçik bir uşaqkən unudulmaz filmlərdə oynayan Şarli Templinin (Shirley Temple) rollarında geyindiyi paltarları və filmlərlə bağlı bəzi orjinal ssenari mətnləri internet üzərindən satılacaq.

Dünyanın dörd bir yanından Templi pərəstişkarlarını görüşdürən hərracdan ən az 1 milyon dollarlıq gəlir əldə edilməsi gözlənilir.

Şarli Templi 1935-ci ildə hələ 6 yaşındaykən Oskara layiq görülüb. 

Oskar alan “Ən kiçik aktrisa” adını alan ilk və bu günə qədər son aktyor olub. 

1951-ci ildə 21 yaşında kino dünyasından təqaüdə çıxıb, karyerinə diplomat kimi davam edib. Templi 2014-cü ilin fevral ayında San Fransiskoda dünyasını dəyişib.

Teqlər:
Şarli Templinin paltarları, Ən kiçik aktrisa, Shirley Temple, Şarli Templin

Əsas mövzular