BAKI, 27 avq – Sputnik. Son vaxtlar ciddi müzakirələrə səbəb olan, İslam peyğəmbərinin uşaqlıq illərinə həsr edilən İran istehsalı “Məhəmməd” filminin bugün Kanadada, Montreal kino festivalında ilk təqdimatı keçiriləcək. İranlı rejissor Məcid Məcidi filmin ərsəyə gəlməsi üçün 30 milyon dollar pul xərcləndiyini deyib.
1977-ci ildə çəkilmiş “Çağrı” filmindən sonra ərsəyə gətirilən keyfiyyətli istehsal olaraq görülən “Məhəmməd” filmində animasiya səhnələrindən də geniş istifadə olunub.
İranlı rejissor Məcid Məcidinin bundan öncə çəkdiyi “Cənnətin uşaqları” adlı film 1997-ci ilə ən yaxşı xarici kino naminasiyasında oskara layiq görülmüşdü.