21:58 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Batumidə daşqın

Güclü daşqınlar Batumini iflic edib

facebook
DÜNYA
Qısa URL
3911

Leysan yağışlar və 4 ballıq qasırğa Gürcüstanın Batumi kurort şəhərində daşqınlara səbəb olub, şəhərə köməyə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib, əhalinin bir qismi işıqsız qalıb.

BAKI, 26 avq — Sputnik. Leysan yağışlar və 4 ballıq qasırğa Gürcüstanın  Batumi kurort şəhərində daşqınlara səbəb olub, şəhərə köməyə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib, əhalinin bir qismi işıqsız qalıb.

Sputnik-in verdiyi xəbərə görə, şəhərin küçələri, binaların birinci mərtəbələri və dəmiryol stansiyası su altında qalıb. Batuminin  çıxışında şəhəri tərk etməyə çalışan nəqliyyat vasitələrinin böyük “tıxacı” yaranıb.  

“Biz mütəmadi olaraq şəhərin hər bir rayonunda yaranmış vəziyyətlə bağlı məlumat alırıq. Biz DİN, FHN və patrul polisi ilə əməkdaşlıq edirik. Təəssüf ki, şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təcili yardım xidməti və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Suların çəkilməsi ilə bağlı işlərə başlamaq niyyətindəyik. Hazırkı mərhələdə əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Lazım gəldikdə əlavə qüvvələr cəlb olunacaq”, deyə şəhər meriyasının məlumatında bildirilir.  

Əsas mövzular