20:47 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2201

Qǝrarın qǝbul edildiyi gündǝn etibarən 90 gündən sonrakı ilk bazar günündə seçki keçirilmǝlidir.

BAKI, 25 avq – Sputnik. Türkiyə prezidenti Rǝcǝb Tayyib Әrdoğan (Recep Tayyip Erdoğan) dünən axşam saatlarında Böyük Millǝt Mǝclisinin sǝdri İsmǝt Yılmazı (İsmet Yılmaz) qǝbul edib.

Görüşdǝn sonra mətbuata verilən açıqlamada, Әrdoğanın parlament seçkilǝrinin təkrar keçirilmǝsi barǝdǝ qǝrar qǝbul etdiyi bildirilib. 

Qǝrar “Rǝsmi qǝzet”dǝ də yayımlanıb. 

Ərdoğan bu gün dǝ baş nazir Әhmǝd Davudoğlunu (Ahmet Davutoğlu) yerli vaxtla saat 11-dǝ qǝbul edǝcǝk. 

Növbǝdǝnkǝnar seçki keçirilǝcǝyilǝ bağlı qǝrarın açıqlanmasından sonra yaşanacaq proses dǝ müǝyyǝnlǝşmǝyǝ başlayıb. Qǝrarın qǝbul edildiyi gündǝn etibarən 90 gündən sonraki ilk bazar günündə seçki keçirilmǝlidir. Mǝrkǝzi Seçki Komissiyası isə bu müddǝti 60 gündǝ tamamlamağı planlaşdırır.

Prezident müvǝqqǝti nazirlǝr kabinetinin tǝşkil edilmǝsi üçün vǝzifǝ bölgüsü edəcək. Ədliyyǝ, Daxili İşlǝr vǝ Nəqliyyat nazirlǝri bitərəflərdən tǝyin edilǝcǝk. Kabinetin digǝr üzvlǝri isǝ siyasi partiya qruplarından millǝt vǝkili sayına görǝ vǝzifəlǝndirilǝcǝk. Siyasi partiyaların nazirlǝr kabinetindǝ tǝmsil olunmaq istǝmǝyǝcəyi tǝqdirdǝ o nazirlirklǝr üçün dǝ müstǝqil namizǝdlǝr müǝyyǝn edilǝcǝk. 

Növbǝdǝnkǝnar seçki qǝrarının qǝbul edildiyi tarixdǝn sonrakı 5 gün ǝrzindǝ müvǝqqǝti nazirlǝr kabinǝti qurulmalıdır. 

Belǝliklǝ, Türkiyǝnin siyasi tarixindǝ müvǝqqǝti hökümǝtlǝ ilk dǝfǝ parlament seçkisi keçirilǝcǝk. 

Teqlər:
Türkiyǝnin siyasi tarixi, Türkiyədə parlament seçkilǝri, parlament seçkilǝri, Böyük Millǝt Mǝclisi, Ahmet Davutoğlu, Әhmǝd Davudoğlu, İsmet Yılmaz, İsmǝt Yılmaz, Rǝcǝb Tayyib Әrdoğan, Recep Tayyip Erdoğan, Türkiyə

Əsas mövzular