21:48 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
1711

Yeni seçkinin keçirilməsi barədə qərar “Rəsmi qəzet”də nəşr olunduqdan sonrakı 5 gün ərzində, seçki hökuməti qurulmalıdır.

BAKI, 24 avq – Sputnik. Türkiyədə ötən gün hökuməti qurmaq üçün 45 günlük müddət başa çatıb. Hal-hazırda bütün diqqətlər prezident Rəcəb Tayyib Ərdoğanın üzərində cəmlənib. 

Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı qəbul edəcək Ərdoğanın seçki barədə qərar verəcəyi gözlənilir. Seçki qərarı Nazirlər Kabineti tərəfindən 48 saat ərzində elan edilməlidir. Seçkinin yenilənmə qərarı “Rəsmi” qəzetdə nəşr olunduqdan sonrakı 5 gün ərzində, seçki hökuməti qurulmalıdır. 

Baş nazir Əhməd Davudoğlu jurnalistlərin seçki ilə bağlı suallarını cavablandırıb. Seçki hökumətini qurma vəzifəsi ona həvalə ediləcəyi təqdirdə atacağı addımları açıqlayıb. Davudoğlu "Bütün partiyalara təklif göndərəcəyəm. Razılaşıb razılaşmamaq onların seçimidir. Məncə təklifdən imtina edilməməlidir. Bütün partiyalardan təmsilçi olsa, cəmiyyət də razı qalar” — deyə qeyd edib. 


Teqlər:
Türkiyədə seçkilər, Türkiyədə seçki, Türkiyə

Əsas mövzular