07:01 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA

İran Türkiyəyə nota verib

DÜNYA
Qısa URL
16501

İran hökuməti bu ölkəyə məxsus yük avtomobilləri və avtobusların Türkiyə ərazisində PKK terrorçularının hücumuna məruz qalması ilə əlaqədar Ankaraya nota verib.

BAKI, 21 avq — Sputnik. İran hökuməti bu ölkəyə məxsus yük avtomobilləri və avtobusların Türkiyə ərazisində PKK terrorçularının hücumuna məruz qalması ilə əlaqədar Ankaraya nota verib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona İran vətəndaşlarının Türkiyədə hücumlara məruz qalmasından duyulan narahatlıq çatdırılıb və Ankaradan ciddi tədbirlər görməsi tələb olunub.

Qeyd edək ki, iyulun sonlarından indiyə qədər Türkiyədə İrana məxsus 9 ədəd yük avtomobili və 1 sərnişin avtobusu terrorçuların hücumuna məruz qalıb. Nəticədə 1 İran vətəndaşı ölüb. 

Teqlər:
İran-Türkiyə, Türkiyə-İran, PKK terror təşkilatı, PKK, Rza Hakan Tekin, İran, Türkiyə

Əsas mövzular