21:45 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Çində çayın uzununa tikilmiş körpü

Eşşəyin ideyası Çində həyata keçdi

DÜNYA
Qısa URL
136510

BAKI, 19 avq — Sputnik. 90-cı illərədə belə bir lətifə var idi: "Meşənin ortasından axan iti çayda heyvanların çoxu boğulub ölür. Bir gün onlar fikirləşirlər ki, bunun qarşısını almaq üçün çayın üstündən körpü tikmək lazımdır. 

Eşşək bildirir ki, qardaşı taxta-şalban zavodunda işləyir və onlara kömək edə bilər. Müraciət edirlər. Eşşəyin qardaşı bir partiya şalban göndərir. Körpünü tikirlər. 

Sonra heyvanlar görürlər ki, yenə şalban göndərilib. İkinci körpünü tikirlər. Lakin şalbanın ardı-arası kəsilmir. Nəsə, 10 dənə körpü tikiləndən sonra heyvanlar eşşəyin qardaşına müraciət edirlər ki, bəsdir, bu qədər şalban yollamaq olar? Eşşəyin qardaşı cavab verir: Siz körpünü çayın eninə tikirsiz, yoxsa uzununa?"

O zaman eşşəyin axmaqlığına çox gülürdük. Lakin 21-ci əsrdə həmin eşşək kimi düşünən ikiayaqlılar peyda olublar. Özü də Çində. Ordakı ustalar Hubey vilayətində çayın uzunluğu boyunca körpü tikiblər. 

90-cı illərdəki lətifədə olan eşşək yəqin ki, artıq həyatda yoxdur. Olsaydı, Çinə gedib arzularının çin olduğunu görərdi.

  • Çində çayın uzununa tikilmiş körpü
    Çində çayın uzununa tikilmiş körpü
  • Çində çayın uzununa tikilmiş körpü
    Çində çayın uzununa tikilmiş körpü
  • Çində çayın uzununa tikilmiş körpü
    Çində çayın uzununa tikilmiş körpü
  • Çində çayın uzununa tikilmiş körpü
    Çində çayın uzununa tikilmiş körpü
1 / 4
Çində çayın uzununa tikilmiş körpü

Əsas mövzular