20:27 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Con Kirbi

Misirin vətəndaşları izləmək qərarı ABŞ-ı narahat edib

© Flickr/ Chuck Hagel
DÜNYA
Qısa URL
701

Con Kirbi: Qanundakı bəzi qaydalar insan hüquqları və azadlıqlarına böyük ölçüdə zərər verəcək.

BAKI, 19 avq – Sputnik. Amerika Birləşmiş Ştatları Misir hökumətinin yeni qəbul etdiyi “Terrorla Mübarizə Qanunu”nun bəzi maddələrinə dair narahatlığını bildirib və bunu Qahirə rəhbərliyinə çatdırıb.

ABŞ Dövlət Katibliyinin sözçüsü Con Kirbi (John Kirby) deyib: “Qanundakı bəzi qaydalar insan hüquqları və azadlıqlarına böyük ölçüdə zərər verəcək. Biz bundan narahatıq. Buna görə, Misirlə davamlı olaraq dialoqdayıq.”

Misirdəki xunta hökumətinin terrorla mübarizədə qəbul etdiyi yeni qanuna görə, ən xırda şübhələrə görə də dövlət vətəndaşların telefon danışıqlarını, sosial şəbəkələrdəki yazılarını izləyəcək. Bu isə Avropa Birliyi və ABŞ tərəfindən sərt tənqid olunub.


Teqlər:
Misirdəki xunta hökuməti, ABŞ Dövlət Katibliyinin sözçüsü, Terrorla Mübarizə Qanunu, Avropa Birliyi, Con Kirbi, ABŞ, Qahirə, Misir

Əsas mövzular