10:41 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
659 0 0

2005-ci ildə korrupsiya ittihamı ilə ömürlük cəza almış çinli qadın 10 il ərzində orijinal üsulla həbsxanaya düşməkdən canını qurtarıb.

BAKI, 18 avq — Sputnik. 2005-ci ildə korrupsiya ittihamı ilə ömürlük cəza almış çinli qadın 10 il ərzində orijinal üsulla həbsxanaya düşməkdən canını qurtarıb.

Tszen soyadlı qadın hökm oxunandan sonra 14 dəfə "hamilə" olub və bu onu hökmün yerinə yetirilməsindən xilas edib.

Hamilə olduğu üçün Tszen sınaq müddətində olub. Lakin sonuncu hamiləlik zamanı məhkəmə ondan şübhələnib və qadının yalanı üzə çıxıb. 

39 yaşlı Tszen iddia edir ki, 13 dəfə həqiqətən hamilə olub və yalnız sonuncu dəfə məhkəmə orqanlarını aldadıb.

Hazırda onun daha öncə hamiləlik məsələsində yalan deyib-deməməsi araşdırılır.

Əsas mövzular