15:44 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Zəkəriyyə Öz

Fətullahçı prokurorlar Almaniyaya casusluq etməyə razı oldular

onedio.com
DÜNYA
Qısa URL
29211

Bunun qarşılığında onlar, alman hökumətindən siyasi sığınacaq istəyiblər. Prokurorların bu təklifinə hökumətin müsbət yanaşdığı bildirilir.

BAKI, 18 avq – Sputnik. Türkiyənin Akşam qəzeti, Almaniyaya qaçan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara barəsində şok iddia ortaya atıb. İddiaya görə hazırda Almaniyada olan prokurorlar əllərindəki bütün gizli dövlət sənədlərini bu ölkənin kəşfiyyat qurumlarına paylayıb. Bunun qarşılığında onlar, alman hökumətindən siyasi sığınacaq istəyiblər. Prokurorların bu təklifinə hökumətin müsbət yanaşdığı bildirilir. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Almaniya hökumətinə səslənərək, prokurorların dərhal ekstradisiyasını tələb edib.

Fətullah Gülənə yaxınlığı ilə tanınan Zəkəriyyə Öz və Cəlal Kara avqustun 10-da haqlarında həbs qərarı çıxmadan bir neçə saat öncə ölkənin şərq sərhəddindən Gürcüstana, daha sonra Ermənistana, ordan da Almaniyaya qaçmışdılar.

Teqlər:
prokuror Cəlal Kara, Cəlal Kara, prokuror Zəkəriyyə Öz, Zəkəriyyə Öz, Almaniya, Türkiyə

Əsas mövzular