07:29 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Bıçaq

Məşhur aktyorun nəvəsini bıçaqlayaraq öldürdülər

CC0 / niekverlaan / knife
DÜNYA
Qısa URL
107811

Birdən çox bıçaq zərbəsi aldığı bildirilən qızın köhnə sevgilisi tərəfindən öldürüldüyü ehtimal edilir.

BAKI, 17 avq – Sputnik. Məşhur aktyor Morgan Frimanın 33 yaşındakı ögey nəvəsi E'Dena Hines bıçaqlanaraq öldürülüb.

Gecə saat 3 radələrində Manhettendəki hadisə yerinə gələn polis E'Dena Hinesin cansız bədənini yaşadığı mənzilin qarşısında görüb. Birdən çox bıçaq zərbəsi aldığı bildirilən Hinesin köhnə sevgilisi tərəfindən öldürüldüyü ehtimal edilir.

Morgan Friman
Morgan Friman

Frimanın ilk həyat yoldaşı Janet Adair Bredşounun nəvəsi olan Hines, məşhur aktyor və ikinci həyat yoldaşı Mirna Kolli-Li tərəfindən yetişdirilib. 

Nəvəsinin qətli ilə bağlı açıqlama verən məşhur aktyor bildirib: "Dünya onun aktyorluq qabiliyyətini heç vaxt öyrənə bilməyəcək. Ailəsi və yoldaşları onu tanıdığı üçün çox şanslı idilər. Onun işığı ürəyimizdə, düşüncələrimizdə və dualarımızda parlamağa davam edəcək." 

Teqlər:
Morgan Frimanın nəvəsi, bıçaqlanma, E'Dena Hines, Morgan Friman

Əsas mövzular