22:58 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
438 0 0

Politoloq Elxan Şahinoğlu: Çünki insanlar görürlər ki, koalisiya hökuməti qurmaq alınmır. Üstəlik Türkiyə iki cəbhədə, həm PKK, həm də İŞİD-lə müharibə aparır.

BAKI, 14 avq – Sputnik. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və baş nazir Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya hökuməti yaratmağın mümkünsüzlüyünü ifadə edib. 

Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə hökumətqurma prosesi çərçivəsində 3-cü görüşündən sonra verdiyi açıqlamada, başda xarici siyasət olmaqla, təhsil sahəsi və digər mövzularda dərin fikir ayrılıqları olduğunu bildirib.

CHP sədri Kamal Kılıçdaroğlu isə deyib: "Bizə koalisiya təklifi ilə deyil, qısamüddətli seçki hökuməti və ya azlıq hökumətinə dəstək olunması təklifi ilə gəldilər."

Koalisiya danışıqları prosesini partiya qərargahından izləyən MHP sədri Dövlət Baxçalı də öz növbəsində CHP ilə AK Partiya arasında koalisiya hökuməti qurulmaması məsələsini müzakirə etmək üçün qərargahında partiya heyətiylə bir araya gəlib.

Baş nazir Əhməd Davudoğlu bu dəfə MHP lideri Dövlət Bahçelini görüşə dəvət edib. Baxçalı baş nazirin təklifini qəbul edib.

Mövzunu Sputnik-ə şərh edən politoloq Elxan Şahinoğlu, böyük ehtimalla təkrar seçkilərin olacağını söyləyib: “CHP ilə AKP arasında keçirilən koalisiya danışıqlarında ciddi fikir ayrılıqları üzə çıxdı. MHP-nin də mövqeyi öncədən bəlli olduğu üçün yeganə çıxış yolu təkrar seçkilərdir. Prezident Ərdoğan və AKP də buna üstünlük verir. AKP-nin məqsədi təkrar seçkilərdə yenidən böyük səs çoxluğu ilə təkbaşına iqtidar olmaqdır. Zənnimcə elə belə də olacaq. Çünki insanlar görürlər ki, koalisiya hökuməti qurmaq alınmır. Üstəlik Türkiyə iki cəbhədə, həm PKK, həm də İŞİD-lə müharibə aparır. Ona görə də Türkiyədə güclü hökumətin qurulması vacibdir.”

Elxan Şahinoğlu, təkrar keçiriləcək seçkilərdə HDP-nin əvvəlki uğurunu təkrarlayacağına şübhə etdiyini deyib: “7 iyun seçkilərində HDP-ni tək kürdlər dəstəkləmədi. AKP-ni istəməyən türklər də bu partiyaya səs verdi. Lakin sonrakı proseslər göstərdi ki, HDP PKK-nın terror fəaliyyətlərini qınaya bilmir, günahsız insan ölümlərinə göz yumur. Bu da təbii olaraq seçicilərdə onlara olan inamı sarsıtdı. Bu səbəblərə görə, HDP-nin 10 faizlik səs barajını aşacağına, yenidən 13 faiz səs toplayacağına şübhə edirəm.”

Teqlər:
Türkiyə koalisiya, HDP, MHP, CHP, Cümhuriyyət Xalq Partiyası, AK partiya, AKP, Türkiyə Ədalət və İnkişaf Partiyası, Kamal Kılıçdaroğlu, CHP sədri, Əhməd Davudoğlu, baş nazir Əhməd Davudoğlu, politoloq Elxan Şahinoğlu, Elxan Şahinoğlu, Türkiyə

Əsas mövzular