08:51 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3431

Müsəlman dövlətləri birləşdirən təşkilat İstanbul və digər şəhərlərdə həyata keçirilən terror aktlarının qəbuledilməz olduğunu bəyan edib.

BAKI, 13 avq – Sputnik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Emin, PKK-nın Türkiyədəki terror fəaliyyətlərini qınadıqlarını açıqlayıb.

Təşkilat yaydığı bəyanatda, İstanbul və digər şəhərlərdə həyata keçirilən terror aktlarının qəbuledilməz olduğunu bəyan edib. 

Baş katib İyad Emin Türkiyə hökuməti və xalqına başsağlığı mesajı göndərib: “Ölənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə sağalmasını arzu edirəm. Cinayətkarların ən qısa zamanda həbs olunaraq ədalət qarşısına çıxarılmasını ümid edirik.”

İyad Emin, İslam Əməkdaşlıq Təşkilatının, terrorun hər növünə qarşı olduğunu və beynəlxalq cəmiyyəti terrorla mübarizəyə çağırdığını qeyd edib.


Teqlər:
İƏT baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, PKK terror təşkilatı, PKK, İslam Əməkdaşlıq Təşkilatı, İyad Emin, Türkiyə

Əsas mövzular