15:49 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
ABŞ-da prezident seçkiləri

ABŞ-da prezidentliyə respublikaçı namizədlərin ilk onluğu açıqlanıb

youtube.com
DÜNYA
Qısa URL
2621

Siyahıda milyarder Donald Tramp və Florida ştatının sabiq qubernatoru Ceb Buşun adları var.

BAKI, 5 abq — Sputnik. “Fox news” media şirkəti ABŞ prezidentliyinə 10 respublikaçı namizədin adını açıqlayıb.

APA-nın verdiyi xəbərə görə, onlar teledebatlarda iştirak edəcəklər.  

Siyahıda milyarder Donald Tramp, Florida ştatının sabiq qubernatoru Ceb Buş, Viskonsin ştatının qubernatoru Skott Uoker, Arkanzas ştatının sabiq qubernatoru Mayk Hakabi, təqaüdə çıxmış keçmiş neyrocərrah Ben Karson, Texas senatoru Ted Krus, Florida ştatından senator Marko Rubio, Kentukki ştatının senatoru Rend Pol, Nyu Cersi ştatının qubernatoru Kris Kristi və Ohayo ştatının qubernatoru Con Keysiçin adı var. 

Sonuncu dəfə keçirilmiş 5 ümumilli anket əsasında formalaşan siyahıya Donald Tramp liderlik edir. Sonrakı yerlərdə isə Buş və Uoker qərarlaşıb.

Jeb Buş - ABŞ prezidentliyinə namizəd
floridapolitics
Jeb Buş - ABŞ prezidentliyinə namizəd

Texasın keçmiş qubernatoru Rik Perri, Pensilvaniya ştatından olan senator Rik Santorum isə “əsas siyahı”dan kənarda qalıblar. Siyahıya daxil olmayan 7 nəfər xüsusi müzakirələrə dəvət olunub. Perri və Santoriumla yanaşı, Luiziana ştatının qubernatoru Bobbi Cinal, HP-nin sabiq rəhbəri Karli Fiorina, Cənubi Karolinadan olan senator Lindsi Qrem, Nyu Yorkun keçmiş qubernatoru Corc Pataki və Virciniyanın keçmiş qubernatoru Cim Qilmor da müzakirələrdə iştirak edəcəklər.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrın 8-də baş tutacaq.

Əsas mövzular