01:25 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Hollywood

Hollivud fahişəliyə qarşı

history.com
DÜNYA
Qısa URL
41431

Hollivud aktyorları Meril Strip, Keyt Uinslet, Enn Hatauey və Kris Kuper Amnesty International-ın fahişəliyin leqallaşması ilə bağlı təklifinə qarşı çıxıblar.

BAKI, 29 iyul — Sputnik. Hollivud aktyorları Meril Strip, Keyt Uinslet, Enn Hatauey və Kris Kuper Amnesty International-ın fahişəliyin leqallaşması ilə bağlı təklifinə qarşı çıxıblar.  

Enn Hatauey, Meril Strip və Emili Blant
Enn Hatauey, Meril Strip və Emili Blant "İblis Prada geyinir" filmində

Bu barədə The Guardian yazıb. Aktyorlar bunun üçün xüsusi təşkilatın baş katibi Salil Şettiyə müraciət imzalayıblar. 

Müraciət change.org saytında yerləşdirilib.

Hazırda müraciətə 3,5 mindən artıq insan imza atıb. Etirazı həmçinin aktyorlardan Emili Blant, Lina Danem, Emma Tompson, Liza Kudrou, Kevin Klayn və Marşa Hey Harden dəstəkləyirlər.

Amnesty International iddia edir ki, fahişləiyin qadağan olunması bu sahədə çalışanlara qarşı zorakılığa aparır. Təşkilat dünya miqyasında qəbul etdirmək istədiyi sənədin qaralama variantını internetdə yerləşdirib.

Amnesty International
112.ua
Amnesty International

Dünya ölkələrinin əksəriyyətində fahişəliklə məşğul olma cinayət sayılır. Fahişəlik ilk dəfə 1999-cu ildə Danimarkada leqallaşdırılıb. Sonra analoji addımı Hollandiya, Almaniya, İsveçrə, Yunanıstan, Macarıstan və Kanada atıblar.

Əsas mövzular